Pəhləvanlarımız Vladiqafqazda təlim-məşq toplanışına start veriblər

Pəhləvanlarımız Vladiqafqazda təlim-məşq toplanışına start veriblər

Yunan-Roma güləşi üzrə milli bu gün növbəti təlim-məşq toplanışına başlayıb.

"Olimpnews.az" Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yığma komandamız mayın 19-dək Rusiyanın Vladiqafqaz şəhərində hazırlıq prosesi keçəcək.

Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer alacağı təlim-məşq toplanışında baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Elvin Mürsəliyevin rəhbərliyi altında Elmir Əliyev (55 kq), Nihat Məmmədli, İlkin Qurbanov (hər ikisi 60 kq), Murad Məmmədov, Ziya Babaşov (hər ikisi 63 kq), Həsrət Cəfərov, Fərid Xəlilov, Məhəmməd Şükürzadə (hamısı 67 kq), Ülvü Qənizadə, Ruslan Nurullayev (hər ikisi 72 kq), Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev (97 kq) və Beka Kandelaki (130 kq) yer alıb.

Qeyd edək ki, bərpa prosesi keçən milli üzvləri məşqçi Kamran Məmmədovun nəzarəti altında Bakıda məşqləri davam etdirəcək.