İspaniyanın "Barselona" klubunun hücumameyilli yarımmüdafiəçisi Daniel Rodriges zədə səbəbindən əməliyyat olunacaq.
Olimpnews.az xəbər verir ki, 20 yaşlı futbolçu 2-3 ay müddətinə yaşıl meydanlardan kənar qalacaq.
Qeyd edək ki, ötən tur La Liqa çərçivəsində "Barselona"nın heyətində ilk rəsmi oyununa çıxan Rodriges "Real Valyedolid"lə matçın 38-ci dəqiqəsində qolundan zədələnərək meydanı tərk etmişdi.