Keçmiş Formula 1 pilotu Yohen Mass 78 yaşında vəfat edib.
"Olimpnews.az" "Autosport"a istinadla xəbər verir ki, martın sonunda təcili yardımla xəstəxanaya çatdırılan Massa həkimlər insult diaqnozu qoymuşdular. Pilot bu gün Kanda dünyasını dəyişib.
Qeyd edək ki, Mass 1973-1982-ci illərdə Formula 1-də "Surtees", "McLaren", ATS, "Arrows" və "March" kimi komandalar üçün yarışıb. 1975-ci ildə Mass İspaniya Qran Prisində bir qələbə qazanıb.