"Racing Bulls"un pilotu İsak Hadjar Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində mayın 7-də keçiriləcək PSJ - "Arsenal" matçı barədə fikirlərini bildirib.
"PSJ Parisdə "Arsenal"la qarşılaşacaq. Bilirəm ki, biz qalib gələcəyik. Heyif ki, həmin matçda azarkeş kimi iştirak edə bilməyəcəm. PSJ bu cütün favoritidir", - deyə Racingnews365 Hadjarın sözlərindən sitat gətirib.
Qeyd edək ki, Londonda keçirilən görüşdə Paris təmsilçisi minimal hesabla qalib gəlib - 1:0.