Çempionlar Liqası: Bu gün ikinci finalçının adına aydınlıq gələcək

Çempionlar Liqası: Bu gün ikinci finalçının adına aydınlıq gələcək

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gələcək. 
Olimpnews.az xəbər verir ki, Münhen finalına həlledici vəsiqə uğrunda Fransanın PSJ və İngiltərənin "Arsenal" klubları üz-üzə gələcək.  
Parisdə "Park de Prens" stadionunda təşkil olunacaq oyuna saat 23:00-da start veriləcək. 
Qeyd edək ki, bu komandaların Londondakı ilk oyunu parislilərin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.