"Cim-bom"un yeni hədəfi - Osimhen İstanbulda qala bilər

"Cim-bom"un yeni hədəfi - Osimhen İstanbulda qala bilər

"Qalatasaray"da icarə əsasında çıxış edən nigeriyalı mərkəz hücumçusu Viktor Osimhen klubun tam hüquqlu futbolçusu ola bilər. 

"Olimpinevs.az" “Milliyet” qəzetinə istinadən xəbər verir ki, "cim-bom" Osimheni “Napoli” klubundan almaq variantı üzərində işləyir. Tərəflər arasında müqavilənin dəyəri 66 milyon avro ola bilər.

Qeyd edək ki, bir illik icarə üçün İstanbul klubu neapollulara 9 milyon ödəyiblər.