"İnter" "Çempionlar Liqasında rekord qazanc əldə etdi

"İnter" "Çempionlar Liqasında rekord qazanc əldə etdi

Ötən gün "Barselona"nı məğlub edərək Münhen finalına yüksələn "İnter" 18,5 milyon avro qazanıb.

"Olimpnews.az" xəbər verir ki, bu mövsüm "İnter"in Çempionlar Liqasından qazandığı məbləğ 136,6 milyon avroya çatıb. Bu məbləğ İtaliya futbolu üçün rekord hesab edilir. 

Qeyd edək ki, "İnter"in Çempionlar Liqasının finalındakı rəqibi PSJ - "Arsenal" oyunundan sonra müəyyənləşəcək.