Futbol üzrə UEFA Çempionlar Liqasında final mərhələsinin sonuncu iştirakçısı müəyyənləşib.
Olimpnews.az xəbər verir ki, Münhen finalına son vəsiqənin sahibi Fransanın PSJ klubu olub. Parislilər London səfərində olduğu kimi (0:1), doğma meydanda da minimal hesablı qələbə qazanaraq (2:1) final mərhələsinə vəsiqə əldə ediblər. PSJ-nin heyətində Fabian Ruiz (27-ci dəqiqə) və Əşrəf Hakimi (72) fərqlənib. “Topçular”ın yeganə qolunu isə 76-cı dəqiqədə Bukayo Saka vurub. Beləliklə, iki oyunun nəticəsinə görə 3:1 hesabı ilə “Arsenal”a qalib gələn Luis Enrikenin komandası mayın 31-də Münhendə təşkil olunacaq həlledici qarşılaşmada İtaliyanın “İnter” klubuna rəqib olub.
Xatırladaq ki, “İnter” ötən gün İtaliyada “Barselona”nı əlavə dəqiqələrdə vurduğu qolla 4:3 hesabı ilə məğlub edərək finala vəsiqə qazanmışdı.
Çempionlar Liqasının finalçıları müəyyənləşdi
