UEFA Konfrans Liqasında finalçılar müəyyənləşir

UEFA Konfrans Liqasında finalçılar müəyyənləşir

Bu gün futbol üzrə UEFA Konfrans Liqasında final mərhələsinin iştirakçıları müəyyənləşəcək. 
“Olimpnews.az” xəbər verir ki, Londonun "Çelsi" klubu ilk oyunda 4:1 hesabı ilə məğlub etdiyi İsveçin "Dyürqarden" klubunu doğma meydanda qəbul edəcək. “Stemford Bric”də təşkil olunacaq oyunun start fiti saat 23:00-da səslənəcək.
Gecənin digər oyunu isə “Fiorentina” (İtaliya) və “Reaı Betis” (İspaniya) klubları arasında olacaq. Komandalar arasında İspaniyadakı ilk oyunda meydan sahibləri minimal hesabla qalib gəlmişdi -2:1. “Artemio Franchi” stadionunda keçiriləcək oyuna saat 23:00-da start veriləcək.