Dünya karatesində özünəməxsus imzası olan, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısı, beşqat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev cərrahiyyə əməliyyatı keçirib.
"Olimpnews.az" xəbər verir ki, "Qara brilyant" burun nahiyəsindəki problemlə əlaqədar olaraq əməliyyat masasına uzanıb. Əldə etdiyimiz məlumata görə, tanınmış karateçiyə septoplastika əməliyyatı icra olunub. Müdaxilə zamanı burun çərəpindəki əyrilik aradan qaldırılıb.
Əməliyyat uğurla başa çatıb və hazırda Rafael Ağayevin səhhətində hər hansı bir narahatlıq müşahidə olunmur.
Qeyd edək ki, "Qara brilyant" ləqəbi ilə tanınan Rafael Ağayev bu günə qədər qazandığı titullarla Azərbaycan idman tarixində özünəməxsus yer tutur.
Rafael Ağayev əməliyyat olundu - əfsanəvi karateçinin səhhəti necədir?
