Dünən UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunundan sonra PSJ ilə matç barəsində danışan "Arsenal"ın baş məşqçisi Mikel Arteta maraqlı açıqlamaları ilə diqqət çəkib.
"Olimnews.az" xəbər verir ki, komandasının 1:2 hesabı ilə uduzmasına baxmayaraq, Arteta "Arsenal" haqqında nikbin danışıb. "Məğlubiyyətə baxmayaraq futbolçularımla fəxr edirəm. İki il əvvəl heç kim gözləmirdi ki, "Arsenal" belə uğurlu irəliləyiş etsin. Biz özümüzü təsdiq etdik. Güclü rəqibə qarşı oynadıq. Amma deməliyəm ki, Donnarumma komandasını hər iki görüşdə xilas etdi", - deyə Arteta UEFA-nın rəsmi saytına verdiyi müsahibədə bildirib.