Bakı-Moskva reysləri təxirə salındı

Bakı-Moskva reysləri təxirə salındı

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakıdan Rusiyanın Moskva şəhərinə planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri sözügedən marşrutun müəyyən hissələrində məhdudiyyətlərin hələ də tətbiq edilməsi səbəbindən təxirə salınıb.

"Olimpnews.az” xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, aviaşirkət uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq.