Parisdə avtomobili azarkeşlərin üzərinə sürdülər  

Parisdə avtomobili azarkeşlərin üzərinə sürdülər  

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsindən PSJ azarkeşlərinin komandalarının qələbəsini qeyd ediblər. Lakin həmin vaxt xoşagəlməz hal yaşanıb. Parisdə avtomobillərdən biri azarkeş kütləsinin üzərinə sürülüb.

"Olimpnews.az" “Le Parisien” qəzetinin məlumata istinadla xəbər verir ki, Yelisey meydanı yaxınlığında baş verən hadisə zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanların vəziyyəti ağır olaraq qalır. 
Bundan başqa polis tədbir zamanı azı 43 nəfəri həbs edib. Azarkeşlərin mağaza və avtomobillərə ziyan vurduğu da qeyd edilir.
Məlumat üçün bildirək ki, PSJ Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Arsenal"a qalib gəlib - 2:1. Paris klubu mayın 31-də Münhendə Milan "İnter"i ilə final görüşünə çıxacaq.