"Azarkeşlərimizi "Real"la oyunda köməyə çağırıram"

"Azarkeşlərimizi "Real"la oyunda köməyə çağırıram"

"Barselona"nın prezidenti Xoan Laporta La Liqanın 35-ci turunda Madrid "Real"ı qarşılaşma ilə bağlı fikirlərini bildirib. Kataloniya klubunun rəhbəri bildirib ki, La Liqanın çempionu bu cütün qalibi olacaq. "Bu həlledici matç olacaq. Azarkeşlər stadionu doldurmalı və sevimli futbolçularını sona qədər dəstəkləməlidirlər. Onları "Real"la oyunda köməyə çağırıram", - Marca Laportanın çıxışından sitat gətirib.

Məlumat üçün bildirək ki, görüş mayın 11-də "Etadio Olympic Lluis Company" arenasında keçiriləcək. "Barselona" hazırda turnir cədvəlinə başçılıq edir. Madrid "Real" rəqibdən 4 xal geridədir.