İtaliyalı məşqçi "Qoca Sinyora"ya qayıda bilər 

İtaliyalı məşqçi "Qoca Sinyora"ya qayıda bilər 

"Napoli"nin baş məşqçisi Antonio Konte klubun transfer siyasətindən narazıdır.

"Olimpnew.az" "TuttoMercato"ya istinadən xəbər verir ki, Neapol klubunda qalmaq istəməyən Konte "Yuventus"dan təklif alıb. Məlumat üçün bildirək ki, Konte bundan əvvəl 2011-2014-cü illərdə "Qoca Sinyora"nın uğurları üçün çalışıb. Kontenin gedişindən sonra  Massimiliano Alleqri "Napoli"yə rəhbərlik edə bilər.