Səudiyyə Ərəbistanın "Əl-Hilal" klubu bu yaxınlarda istefaya göndərdiyi portuqaliyalı baş məşqçi Jorje Jezuşun yerinə yeni əvəzləyici axtarışındadır.
"Olimpnews.az" xəbər verir ki, baş məşqçi axtarışlarını davam etdirən ərəblər İtaliyanın "İnter" klubunun çalışdırıcısı Simone İnzagi ilə maraqlanır.
Klub rəhbərliyi italiyalı mütəxəssisə illik 20 milyon avro maaş təklif etməyi planlaşdırır. Bu, İnzaginin "İnter"dəki maaşından qat-qat çoxdur. "Əl-Hilal" rəhbərliyi hazırda 49 yaşlı çalışdırıcıdan yekun cavab gözləyir.
Klub həmçinin İngiltərənin "Fulhem" klubunun baş məşqçisi Marko Silva və "Nottingem Forest"in baş məşqçisi Nuno Espirito Santo ilə də maraqlanır.
Ərəblər indi də "İnter"in baş məşqçisini əlindən almaq istəyir
