"Real" Arnolddan sonra daha bir müdafiəçinin transferinə hazırlaşır 

"Real" Arnolddan sonra daha bir müdafiəçinin transferinə hazırlaşır 

İspaniyanın Madrid "Real"ı niderlandlı müdafiəçi Dean Xeyseni transfer etmək istəyir.  
"Olimpnews.az" "Marka"ya istinadən xəbər verir ki, "Kral Klubu" İngiltərənin "Bornmut" klubunda çıxış edən mərkəz müdafiəçisinin transferini qısa müddət ərzində yekunlaşdırmaq niyyətindədir. 2030-cu ilə qədər klubla müqaviləsi olan 19 yaşlı müdafiəçinin sərbəstqalma məbləği 60 milyon avrodur. "Los Blankos" Klublararası Dünya Çempionatı başlayana qədər bu transferi həyata keçirməyi planlaşdırır. 
Qeyd edək ki, niderlandlı müdafiəçi həmçinin İngiltərə klublarının da maraq dairəsindədir.