Misli Premyer Liqasında XXXIV tura start verilir 

Misli Premyer Liqasında XXXIV tura start verilir 

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXXIV turun oyunlarına start veriləcək.

"Olimpnews.az" xəbər verir ki, turun açılış oyununda "Sabah" komandası doğma meydanda "Şamaxı"nı qəbul edəcək. "Bank Respublika Arena"da keçiriləcək oyunun start fiti saat 19:00-da səslənəcək. 

Qeyd edək ki, paytaxt təmsilçisi 33 oyundan sonra 41 xalla beşinci, "Şamaxı" isə 36 xalla yeddincidir.

Turun növbəti oyunları mayın 10-11-də keçiriləcək.