Los-Anceles-2028 Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsi oyunların açılış və bağlanış mərasimlərinin şəhərin idman irsini və müasir infrastrukturunu əks etdirən iki məkanda keçiriləcəyini elan edib.
Olimpnews.az xəbər verir ki, mərasimlər Los-Anceles Memorial Kolizey və İnqlvud stadionunda baş tutacaq.
Qeyd edək ki, Los-Anceles-2028 Yay Olimpiya Oyunları iyulun 14-dən 30-dək, Los-Anceles-2028 Yay Paralimpiya Oyunları isə avqustun 15-dən 27-dək keçiriləcək.
Los-Anceles-2028-in açılış və bağlanış mərasimlərinin keçiriləcəyi məkanlar təsdiqlənib
