İspaniyanın Madrid "Real"ı mövsümün sonunda italiyalı baş məşqçi Karlo Ançelotti ilə yollarnı ayıracaq və almaniyalı çalışdırıcı Xabi Alonso ilə 3 illik müqavilə imzalayacaq.
"Olimpnews.az" "Matça"ya istinadən xəbər verir ki, artıq Almaniyanın "Bayer" klubunu çalışdıran 43 yaşlı mütəxəssisin Madird təmsilçisinə keçidi ilə bağlı danışıqlar son mərhələdədir. Onun "Kral klubu"nun sükanı arxasına keçidi may ayının sonlarına gözlənilir.
Qeyd edək ki, Xabi Alonso futbolçu kimi 2009-2014-cü illərdə "Real Madrid" klubunun formasını geyinib.
"Real" Alonso ilə müqavilə imzalayır
