"Barselona"nın gənc futbolçusu Lamin Yamal karyerası ərzində oynamaq istədiyi stadionlar haqqında fikirlərini bölüşüb.
"Olimpnews.az" xəbər verir ki, 17 yaşlı ispaniyalı futbolçu İngiltərədə bir neçə arenada çıxış etmək istədiyini bildirib. "Hələ getmədiyim bir çox stadionlar var. Bunlar "Old Trafford" və "Enfild"dir. Hesab edirəm ki, bu arenalarda çıxış etmək mümkün olacaq", - Goal portalı Yamaldan sitat gətirib.