“Barselona” klubunun yarımmüdafiəçisi Mark Kasado zədəsini sağaldıb.
“Olimpnew.az” xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi artıq oyunlarda iştirak etmək üçün yaşıl işıq alıb.
Qeyd edək ki, ispaniyalı futbolçu martın 16-da La Liqa çərçivəsində “Atletiko Madrid” ilə keçirilən oyun zamanı zədələnmişdi. Futbolçu diz bağlarının qopması səbəbindən iki ay yaşıl meydanlardan kənar qalmışdı.
"Barselona"nın daha bir futbolçusu zədəsini sağaldıb
