Fudokan karateçilərimizdən dünya çempionatında uğurlu nəticə

Fudokan karateçilərimizdən dünya çempionatında uğurlu nəticə

Mayın 8-11-də Polşanın Pulavı şəhərində ənənəvi karate üslubu fudokan üzrə 10-cu dünya çempionatın keçirilib. 
“Olimpnews.az” xəbər verir ki, yarışda Azərbaycan Karate Federasiyasının milli komandası da qüvəsini sınayıb. İdmançılarımız beynəlxalq yarışda ümumilikdə 9 (5 qızıl, 2 gümüş və 2 bürünc) medal qazanıblar. 
Yarışda qızıl medala layiq görülən idmançılar arasında böyüklər arasında +80 kq çəki dərəcəsində Hacıəli Vəlizadə, U21 kateqoriyasında -60 kq-da Vüsal Seyidov, gənclər arasında -75 kq-da Tahir Ələkbərov, gənc qızlar arasında -60 kq-da Şəfaqət Zeynallı və yeniyetmələr arasında -60 kq çəki dərəcəsində Qorxmaz Səfərli yer alıb.
Gümüş medalları böyüklər arasında mütləq çəki dərəcəsində çıxış edən Babək Qələmzadə və gənclər arasında +65 kq-da Məhəmməd Bağırov qazanıblar.
Bürünc medallara isə böyüklər arasında -80 kq çəki dərəcəsində Kamran Heydərzadə və veteranlar arasında +75 kq-da Siyavuş Bayramov sahib olublar.
Dünya çempionatında milli komandamıza Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi və fudokan üslubu üzrə rəsmi nümayəndə Vüsal Abdullazadə rəhbərlik edib.