Fudokan karateçilərimizdən dünya çempionatında uğurlu nəticə

Fudokan karateçilərimizdən dünya çempionatında uğurlu nəticə

BOK

12.05.2025, 00:32

Mayın 8-11-də Polşanın Pulavı şəhərində ənənəvi karate üslubu fudokan üzrə 10-cu dünya çempionatın keçirilib.  “Olimpnews.az” xəbər verir ki, yarışda Azərbaycan Karate Federasiyasının milli komandası da qüvəsini sınayıb. İdmançılarımız beynəlxalq yarışda ümumilikdə 9 (5 qızıl, 2 gümüş və 2 bürünc) medal qazanıblar.  Yarışda qızıl medala layiq görülən idmançılar arasında böyüklər arasında +80 kq çəki dərəcəsində Hacıəli Vəlizadə, U21 kateqoriyasında -60 kq-da Vüsal Seyidov, gənclər arasında -75 kq-da Tahir Ələkbərov, gənc qızlar arasında -60 kq-da Şəfaqət Zeynallı və yeniyetmələr arasında -60 kq çəki dərəcəsində Qorxmaz Səfərli yer alıb. Gümüş medalları böyüklər arasında mütləq çəki dərəcəsində çıxış edən Babək Qələmzadə və gənclər arasında +65 kq-da Məhəmməd Bağırov qazanıblar. Bürünc medallara isə böyüklər arasında -80 kq çəki dərəcəsində Kamran Heydərzadə və veteranlar arasında +75 kq-da Siyavuş Bayramov sahib olublar. Dünya çempionatında milli komandamıza Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi və fudokan üslubu üzrə rəsmi nümayəndə Vüsal Abdullazadə rəhbərlik edib.   

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR