Uzun müddətdir ki, beynəlxalq yarışlardan kənarda qalan futbol üzrə Rusiya yığma komandasının Qvineya milli komandasına göndərdiyi təklifə cavab verilib.
Olimpnews.az xəbər verir ki, Qvineya Futbol Federasiyasının mətbuat katibi Thanou Diallo bəyan edib ki, bu yığmalar arasında yoldaşlıq oyunu yalnız FİFA-nın Rusiya futboluna qarşı sanksiyaları aradan qaldıracağı təqdirdə mümkündür.
Məlumat üçün bildirək ki, yayda rusiyalılar Nigeriya və Belarus yığmalarına qarşı matçlarda iştirak edəcək.