Xatırladaq ki, 2013-cü ilin fevralında Konyada keçirilən ötən Avropa çempionatında karateçilərimiz 7 medala sahib çıxmışdılar. Tural Ağalarzadə (-68 kq, 18-21 yaşlı gənclər) çempion adını qazanmışdı. Aytac Əliyeva (-54 kq, 16-17 yaşlı yeniyetmələr) gümüş, Ülvi Qurbanov (-52 kq, 16-17 yaşlı yeniyetmələr), Nicat Abbasov (-55 kq) və Sərxan Quluzadə (+76 kq, hər ikisi 16-17 yaşlılar), həmçinin Asiman Qurbanlı (+78 kq, 18-21 yaşlı gənclər) bürünc mükafat əldə etmişdilər. Qitə çempionatına yollanan heyət üzvləri arasında son dünya çempionatının medalçıları da var. İdmançılarımızdan ikisi 2013-cü ilin noyabrında İspaniyanın Quadalahara şəhərində keçirilən yeniyetmə və gənclərin dünya çempionatında medal qazanmışdılar. Fəridə Əliyeva (+54 kq, 14-15 yaşlı yeniyetmələr) bürünc, Tural Ağalarzadə (+54 kq, 18-21 yaşlı gənclər) isə gümüş mükafata layiq görülmüşdü. Qitə çempionatında 19 idmançımız mübarizə aparacaq.Kimano ustalarımız qitə çempionatına yola düşüblər
Xatırladaq ki, 2013-cü ilin fevralında Konyada keçirilən ötən Avropa çempionatında karateçilərimiz 7 medala sahib çıxmışdılar. Tural Ağalarzadə (-68 kq, 18-21 yaşlı gənclər) çempion adını qazanmışdı. Aytac Əliyeva (-54 kq, 16-17 yaşlı yeniyetmələr) gümüş, Ülvi Qurbanov (-52 kq, 16-17 yaşlı yeniyetmələr), Nicat Abbasov (-55 kq) və Sərxan Quluzadə (+76 kq, hər ikisi 16-17 yaşlılar), həmçinin Asiman Qurbanlı (+78 kq, 18-21 yaşlı gənclər) bürünc mükafat əldə etmişdilər. Qitə çempionatına yollanan heyət üzvləri arasında son dünya çempionatının medalçıları da var. İdmançılarımızdan ikisi 2013-cü ilin noyabrında İspaniyanın Quadalahara şəhərində keçirilən yeniyetmə və gənclərin dünya çempionatında medal qazanmışdılar. Fəridə Əliyeva (+54 kq, 14-15 yaşlı yeniyetmələr) bürünc, Tural Ağalarzadə (+54 kq, 18-21 yaşlı gənclər) isə gümüş mükafata layiq görülmüşdü. Qitə çempionatında 19 idmançımız mübarizə aparacaq.


