İngiltərədə parlayan niderlandlı yenidən İtaliyadan təklif alıb

İngiltərədə parlayan niderlandlı yenidən İtaliyadan təklif alıb

Ulduzu "Mançester Yunayted"də parlayan hücumçu Coşua Zirksee karyerasını yenidən İtaliyada davam etdirə bilər.

Olimpnews.az Corriere dello Sport-a istinadən xəbər verir ki, "İnter" 23 yaşlı futbolçu ilə yaxından maraqlanır. İtaliyada "Parma" və "Bolonya"nın formasını geyinən niderlandlı futbolçu bu mövsüm bombardir. O 48 oyunda 7 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Onun transfer qiyməti 35 milyon avrodur.