Dünən kor bağırsağından təcili əməliyyat olunan "Barselona"nın hücumçusu Ferran Torres hazırda özün yaxşı hiss edir.
Olimpnews.az xəbər verir ki, bu barədə Kataloniya komandasının mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, futbolçunun heyətə qayıdacağı vaxt uzun çəkməyəcək.
Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 45 matçda iştirak edib və 19 qol vurub.