Hazırda Türkiyənin "Fənərbağça" klubunda işləyən baş məşqçi Joze Mourinyo Portuqaliya Futbol Federasiyası ilə ilkin razılıq əldə edib.
Olimpnews.az HT Spor-a istinadən xəbər verir ki, Mourinyo iyun ayında Millətlər Liqasının final turnirindən sonra milli komandanın sükanı arxasına keçə bilər. Qeyd edək ki, Portuqaliya millisində hazırda Roberto Martines işləyir. Karyerası ərzində heç bir yığma komandanın baş məşqçisi olmayan 62 yaşlı Mourinyo Martinesin əsas rəqibi hesab edilir.