Münhen "Bayern"inin müdafiəçi Erik Dayer mövsümün sonunda azad agent kimi "Monako"ya keçəcək.
Olimpnews.az xəbər verir ki, bu barədə Knyazlıq klubunun saytında məlumat yer alıb.
Qeyd edək ki, "Tottenhem"dən Bavariya klubuna keçən ingilis futbolçu bu mövsüm 47 oyunda üç qol və bir məhsuldar ötürmə müəllifi olub.