Olimpiya çempionu medalını hərraca çıxarıb

Olimpiya çempionu medalını hərraca çıxarıb

Paris-2024 Yay Olimpiya Oyunlarının atletika üzrə niderlandlı çempionu Eugene Omalla medalını hərracda satmaq qərarına gəlib.

 "Bu medal karyeramın ən böyük qələbələrindən birinin göstəricisidir. Mükafatımı hərraca çıxarmağımın maliyyə çətinliyi ilə və yaxud daha çox pul qazanmaqla əlaqəsi yoxdur. İstəyirəm hərracdan gələn gəlirimi köməyə ehtiyacı olanlara yönəldim. Bu işi valideynlərimin qurduğu xeyriyyə fondu vasitəsilə həyata keçirəcəyəm", - deyə Eurosport-un Fransa bürosu Omalladan sitat gətirib.

Məlumat üçün bildirək ki, Paris-2024-də Niderland millisi 4x400 m qarışıq estafet yarışında qalib gəlib. "Zanbaqlar ölkəsi"nin qaçışıçıları ABŞ və Böyük Britaniyadan olan rəqiblərin qabaqlamışdılar.