Ömürlük müqavilə ilə tarixə düşüb

Ömürlük müqavilə ilə tarixə düşüb

Danimarkalı velosipedçi Mads Pedersen "Lidl-Trek" komandası ilə ömürlük daimi müqavilə imzalayıb.

Olimpnews.az xəbər verir ki, velosiped tarixində ilk dəfədir bir idmançı ilə bu cür razılıq əldə edilir.  "Mən həmişə komandanın tam dəstəyini hiss etmişəm. Onlar mənə inanırdılar. Mən də onların etimadını doğrultmağa çalışdım. İndi karyeramın sonuna qədər bu komandanın uğurları üçün çalışacağam”, - Eurosport-un İspaniya bürosu Pedersendən sitat gətirib.

Qeyd edək ki, Mads Pedersen mayın 9-dan iyunun 1-dək davam edəcək "Giro d İtalia"nın ümumi təsnifatında birinci pillədə qərarlaşıb. O, başa çatmış dörd mərhələnin ikisində qalib gəlib.