“Barselona” 8 futbolçusundan yaxa qurtamaq istəyir

“Barselona” 8 futbolçusundan yaxa qurtamaq istəyir

İspaniyanın “Barselona” klubu yay transfer pəncərəsində bir neçə futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib. 
Olimpnews.az Diario Sport-a istinadən xəbər verir ki, heyətdə geniş islahatlar həyata keçirməyi düşünən klub rəhbərliyi 8 futbolçusunu satmaq niyyətindədir.

Belə ki, katalonlar Frenki De Yonq, Ansu Fati, Qavi, İnyaki Pena, Ronald Arauxo, Hektor Fort, Fermin Lopez və Pau Viktor üçün gələn təklifləri dəyərləndirməyə hazırdır.  

Klubun bu addımı atmasında əsas məqsəd maliyyə vəziyyətini sabitləşdirmək, yeni transferləri maliyyələşdirmək və mövcud futbolçularla müqavilələri uzatmaqdır.