“Alians Arena”nın adı müvəqəti olaraq dəyişdirilir - SƏBƏB

“Alians Arena”nın adı müvəqəti olaraq dəyişdirilir - SƏBƏB

Almaniyanın “Bayern Münhen” klubunun ev oyunlarını keçirdiyi “Alians Arena”nın adı müvəqəti olaraq dəyişdirilir. 
Olimpnews.az xəbər verir ki, buna səbəb “Allians”ın daha UEFA-nın sponsorları arasında yer almamasıdır. Buna görə də stadion UEFA turnirlərində və Çempionlar Liqasının finalında "Münhen Football Arena" kimi adlanacaq.
Qeyd edək ki, PSJ və “İnter” komandaları arasında keçiriləcək Çempionlar Liqasının 2024-25-ci illər mövsümünün final oyunu məhz bu məkanda keçiriləcək. Mayın 31-də baş tutacaq oyuna saat 23:00-da start veriləcək.