Madridin "Real"ı İngiltərənin "Bornmut" klubunda çıxış edən Din Huysenin transferini artıq yekunlaşdırmaq üzrədir.
Olimpnews.az xəbər verir ki, 20 yaşlı müdafiəçinin nümayəndələri müqavilənin detallarını yekunlaşdırmaq üçün hazırda Madriddədir. Məlumatlara görə, oyunçunun 60 milyon avroluq sərbəstqalma dəyəri 3 hissəyə bölünərək ödəniləcək.
Qeyd edək ki, ispaniyalı futbolçunu İspaniyanın "Barselona" komandası ilə yanaşı, İngiltərənin "Liverpul", "Arsenal" və "Çelsi” klubları da heyətində görmək istəyirdi.
"Real" Din Huysen transferini yekunlaşdırmaq üzrədir
