Portuqaliyanın "Benfika" klubunda çıxış edən Anxel Di Mariya mövsümün sonunda komandadan ayrılacaq.
Olimpnews.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi mayın 25-də Portuqaliya Kubokunun finalında azarkeşlərlə vidalaşacaq. Klub rəhbərliyi futbolçuya Klublararası Dünya Çempionatından sonra ayrılmağı təklif etsə də Di Mariya bu təkliflə razılaşmayıb.
Qeyd edək ki, bu mövsüm "Benfika" ilə 38 oyuna çıxan futbolçu 15 qol vurub və 9 qol ötürməsi ilə yadda qalıb.
Di Maria "Benfika"dan gedir
