Azərbaycanın 20 yaşadək iki güləşçisi İranın Behşehr şəhərində keçirilən “Necad Haşimi kuboku” turnirində medal qazanıb.
Bu barədə Olimpnews.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
İlk yarış günündə sərbəst güləş üzrə 57 kq, 65 kq, 74 kq, 86 kq və 97 kq-da qaliblər müəyyənləşib.
7 ölkə idmançılarının mübarizə apardığı ənənəvi turnirin ilk günündə Azərbaycanın U-20 millisinin 2 üzvü fəxri kürsüyə qalxıb. Omar Gülməmmədov (74 kq) gümüş, Sədrəddin Həsənov (57 kq) isə bürünc medala sahib çıxıb.
Vasif Bağırov, Hüseyn Hüseynov (hər ikisi 57 kq) və Məhəmməd Abbaszadə (86 kq) beşinci yerlə kifayətlənib.
Qeyd edək ki, bu gün 61 kq, 70 kq, 79 kq, 92 kq və 125 kq-da medalçılar müəyyənləşəcək.