"Zadəganlar"dan narazılıq edir

"Zadəganlar"dan narazılıq edir

"Çelsi"nin hücumçusu Kristofer Nkunku da yay transfer pəncərəsində klubunu dəyişmək qərarına gəlib.

Olimpnews.az xəbər verir ki, 27 yaşlı futbolçu əsas heyətdən kənarda qalmasından narazıdır. Jurnalist Santi Auna xəbər verir ki, fransalı futbolçu "Bavariya", "Liverpul" və ya "Nyukasl" dan gələn təkliflər barədə düşünür. O, Çempionlar Liqasında iştirak edən komandalardan birinə üstünlük verə bilər. Transfermarkt portalında Nkunkunun transfer dəyəri 45 milyon avro göstərilir. London klubu ilə hazırkı müqaviləsi isə 2029-cu ilə qədərdir.