"Barselona"nın qapıçısından gələcək karyerası ilə bağlı açıqlama

"Barselona"nın qapıçısından gələcək karyerası ilə bağlı açıqlama

“Barselona” klubunun polşalı qapıçısı Voytsex Şesni komandadakı gələcək karyerası ilə bağlı açıqlama verib.
Olimpnews.az xəbər verir ki, futbolçu indi daha ciddi məsələlər və gələcəyi haqqında düşünməli olduğunu deyib. 
“Düşünürəm ki, müqaviləni uzatmaq qərarına gəlsəm, bu ehtiyat oyunçular skamyasında etibarlı ehtiyat oyunçu olmaq fikri ilə bağlı olacaq. Ona görə də qərar verməliyəm, çünki bu mənim üçün yeni bir situasiyadır. Mən Ter Şteqeni dəstəkləmək və ona kömək etmək fikrini zehni olaraq qəbul edə biləcəyimə inanıram. Yəni, məsələ mənim birinci və ya ikinci qapıçı olmağımla bağlı deyil. Qərar ailə şəraitinə əsaslanacaq”. 
Qeyd edək ki, peşəkar karyerasını ötən il başa vuran Voytsex Şesni mövsümün əvvəlində komandanın əsas qapıçısı Mark-Andre ter Şteqen uzunmüddətli zədələndiyi üçün kluba gətirilib. 
 

"Barselona"nın qapıçısından gələcək karyerası ilə bağlı açıqlama