Skaloni Messiyə şans verir

Skaloni Messiyə şans verir

"İnter Mayami"nin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatının seçmə mərhələsində iştirak edəcək.

Olimpnews.az xəbər verir ki, baş məşqçi Leonel Skaloni onu Kolumbiya ilə matç üçün heyətə cəlb edib. Xəbəri Argentina Futbol Federasiyasının mətbuat xidməti yayıb. 

Qeyd edək ki, 37 yaşlı futbolçu zədə səbəbindən Uruqvay və Braziliya ilə görüşlərdə əsas heyətdən kənarda qalmışdı.