Madrid "Real"ı Xabi Alonsoya görə Leverkuzen "Bayer"inə heç bir əlavə ödəniş etməyəcək. “The Telegraph”ın məlumatına görə "əczaçılar" Alonsonu müqaviləsinin bitməsinə bir il qalmış pulsuz buraxmağa razılaşıb.
Beləliklə, "Real" son illərdə təzminat ödəmədən böyük sövdələşmələr edib. Buna misal olaraq, klub Kilian Mbappeni azad agent kimi transfer edib. Trent Alexander-Arnoldun da bu yay azad agent kimi Madrid təmsilçisinin heyətinə cəlb olunacağı özlənilir.