İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta 2026-cı ildə prezidentliyə yenidən namizədliyini irəli sürəcəyini açıqlayıb.
Olimpnews.az xəbər verir ki, 62 yaşlı ispaniyalı funksioner 2021-ci ildən Kataloniya təmsilçisinin prezidenti vəzifəsini icra edir.
Xatırladaq ki, Xuan Laporta “Barselona”nın prezident seçkilərində dörd dəfə namizəd olub. Bunlardan üçündə qalib gəlib. O, yalnız 2015-ci ildə Jozep Bartomeuya uduzmuşdu
Laporta yenidən "Barselona" prezidentliyinə namizəd olacaq
