Misli Premyer Liqasında 35-ci tura start verilir 

Misli Premyer Liqasında 35-ci tura start verilir 

Bu gün futbol üzrə Misli Premyer Liqasında 35-ci turun oyunları keçiriləcək. 
Olimpnews.az xəbər verir ki, azarkeşlər ilk yarış günündə üç qarşılaşma izləyəcəklər. Hər üç görüş saat 17:00-da start götürəcək. 
"Sumqayıt" doğma meydanda "Turan Tovuz"la üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyunun baş hakimi Tural Qurbanov olacaq. 
34 turdan sonra "Sumqayıt" 30 xalla 9-cu, "Turan-Tovuz" isə 49 xalla 4-cüdür. 
Günün digər oyununda "Zirə" klubu "Sabah"ı qəbul edəcək. Zirə İK stadionunda keçiriləcək oyunu Elçin Məsiyev idarə edəcək. Gümüş medalları vaxtından əvvəl təmin edən qəsəbə təmsilçisinin aktivində 34 turdan sonra 70 xalı var. Aktivində 44 xalı olan "Sabah" isə beşincidir. 
Günün digər oyununda "Şamaxı" "Araz-Naxçıvan"la qarşılaşacaq. Şamaxı şəhər stadionunda baş tutacaq oyunu İnqilab Məmmədov idarə edəcək. 34 turdan sonra şamaxılılar 36 xalla yeddinci, Naxçıvan təmsilçisi isə 55 xalla üçüncüdür. 
Tura mayın 18-də yekun vurulacaq.