Voleybol üzrə rayon turnirinin final mərhələsi keçirilib

Voleybol üzrə rayon turnirinin final mərhələsi keçirilib

Yardımlı İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Hacıqabul Regional Voleybol Klubunun təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandalar arasında voleybol idman növü üzrə rayon turnirinin final mərhələsi  keçirilib

Olimpnews.az xəbər verir ki, turnirdə Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əskərov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və digər rəsmi qonaqlar iştirak ediblər. 
Onlar çıxış edərək respublikamızda ölkə rəhbərliyi tərəfindən idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb, bölgələrdə də, rayonlarda da idmanın inkişafı üçün infrastrukturun yüksək səviyyədə qurulduğu barədə tədbir iştirakçılarına məlumat veriblər.

Turnirdə 8 komanda mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən görüşdə I yerə Yardımlı rayon 2 saylı tam orta məktəbin “İstiqlal” komandası layiq görülüb. II yeri Yardımlı rayon Horovar kənd tam orta məktəbin “Uğur” komandası, III yeri isə Yardımlı rayon Sırıq kənd tam orta məktəbin “Hilal” komandası tutub.

Qalib komandalar kubok, diplom və medallarla təltif olunublar.

Voleybol üzrə rayon turnirinin final mərhələsi keçirilib Voleybol üzrə rayon turnirinin final mərhələsi keçirilib Voleybol üzrə rayon turnirinin final mərhələsi keçirilib Voleybol üzrə rayon turnirinin final mərhələsi keçirilib Voleybol üzrə rayon turnirinin final mərhələsi keçirilib Voleybol üzrə rayon turnirinin final mərhələsi keçirilib Voleybol üzrə rayon turnirinin final mərhələsi keçirilib