Madrid "Real”ı yay transfer pəncərəsində komandanın müdafiə xəttini ciddi şəkildə gücləndirmək istəyir. “Marca” qəzetinin yazdığı xəbərə görə, klub Din Huysenlə kifayətlənməyəcək. Bildirilir ki, “Kral klubu” David Alaba, Antonio Rudiger və Eder Militaoya elə də güvənmir. Qeyd olunur ki, bu oyunçular zədəyə meyillidirlər. Onlar hazırda bərpa prosesi keçirlər.
"Real” zədəli futbolçularına güvənmir
