Braziliya “Santos”u hücumçu Neymar müqaviləsini daha bir il müddətinə artıracaq. 33 yaşlı “sambaçı”nın klubla hazırkı müqaviləsi bu ilin yayında başa çatır. Qeyd edək ki, Neymar "Santos"un heyətində bütün turnirlərdə 9 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.