Zəriflər “Miss Valentina” turnirinə yola düşüblər

Zəriflər “Miss Valentina” turnirinə yola düşüblər


Azərbaycan gimnastları fevralın 7-dən 9-dək Estoniyanın Tartu şəhərində keçiriləcək ənənəvi beynəlxalq "Miss Valentina” turnirində iştirak edəcəklər.

Estoniyada yeniyetmələr Marina Durunda, Gülsüm Şəfizadə və Nilufər Niftəliyeva, gənclər Züleyxa İsmayılova, Jalə Piriyeva və Beyza Dəmir, həmçinin Səbinə Abbasova, Siyana Vasileva, Aliyə Paşayeva, Diana Doman, Aleksandra Platonova və Aynur Mustafayevanın daxil olduğu yaşlı gimnastlardan ibarət qrup komandası çıxış edəcəklər.
Azərbaycan gimnastları yığma komandanın baş məşqçisi Mariana Vasileva, həmçinin Yasena Kuyumciyeva və Vəfa Bakarovanın rəhbərliyi altında çıxış edəcək.
Ölkəmizi hakimlər korpusunda Natalya Bulanova, Anastasiya Prasolova və Yevgeniya Jıdkova təmsil edəcəklər.