"Barselona"nın hücumçusu Ferran Torres “Dumanlı Albion”dan təklif alıb. “Birmingham Mail”in verdiyi xəbərə görə “Aston Villa” 25 yaşlı futbolçunu yay transfer pəncərəsində heyətinə cəlb etməyi planlaşdırır. “Barselona” Ferranla 50 milyon avro müqabilində ayrılmağa hazırdır. Klubla 2027-ci ilin ortalarına qədər müqaviləsi olan ispaniyal futboçu bu mövsüm 45 oyunda 19 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
“Aston Villa” dan 50 milyonluq təklif
