Leverkuzen "Bayer”i yayda daha bir futbolçusunu itirə bilər. Söhbət “əczaçılar”ın cinah oyunçusu Ceremi Frimponqdan gedir. İnsayder Fabrizio Romanonun məlumatına görə, o "Liverpul"dan gələn təklifi müsbət dəyərləndirib. İngiltərə klubu niderlandlı futbolçu üçün 35-40 milyon avroluq təklifə hazır görünür. Qeyd edək ki, 24 yaşlı Frimponq “Bayer”in heyətində 48 matçda 5 qol vurub və 12 məhsuldar ötürmə müəllifi olub.