Bu gün futbol Misli Premyer Liqasında XXXV turun oyunlarına start verilib.
Olimpnews.az xəbər verir ki, İlk oyun günündə "Turan Tovuz" klubu "Sumqayıt"la üz-üzə gəlib. Oyun qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Qərb təmsilçisinin heyətində Emmanuel Hakman oyunun 30-cu dəqiqəsində rəqib qapısına yol taparaq komandasına qələbə qazandırıb.
Qələbə sayəsində aktivinə üç xal yazdıran “Turan Tovuz” komandası 52 xalla dördüncü pillədə qərarlaşıb. “Sumqayıt” isə 30 xalda qalıb. “Gənclik şəhəri” təmsilçisi hazırda turnir cədvəlinin doqquzuncusudur.